AZ

Avropa ordusunun yaradılması və Macarıstanın səs hüququndan məhrum edilməsi təklif edilir

Hurriyyet.az xəbər verir ki, Avropa parlamentində Macarıstanın səsvermə hüququndan məhrum edilməsi və Aİ ordusunun yaradılması təklif edilib.

Avropa parlamentinin "Volt Avropa" partiyasından olan deputatları Aİ liderlərinə Avropa İttifaqının strukturunda köklü dəyişiklikləri nəzərdə tutan fəaliyyət planı təqdim edəcəklər. “Politiko” nəşrinin məlumatına görə, sənəd martın 6-da keçiriləcək Aİ sammitindən əvvəl təqdim olunacaq.

Təkliflərə Macarıstanın Aİ-dəki səsvermə hüququnun ləğvi, Kaja Kallasın Aİ-nin tamhüquqlu xarici işlər naziri təyin edilməsi, vahid Avropa ordusunun yaradılması və Aİ-nin müdafiə sahəsindəki səlahiyyətlərinin genişləndirilməsi daxildir.

Hürr Tərcüman

 

Seçilən
59
hurriyyet.az

1Mənbələr