"Liverpul"un yarımmüdafiəçisi Harvi Elliot bu yay klubu tərk edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı futbolçu bu mövsüm az oyamasından narazıdır və bu səbəbdən növbəti "transfer pəncərəsi"ndə "Liverpul"u tərk etməyi düşünür. Onunla “Brayton” və “Borussiya Dortmund” klubları maraqlanır.
Yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 17 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" Elliotun dəyərini 35 milyon avro qiymətləndirir.