Ermənistan sülh müqaviləsi ilə bağlı danışıqlar aparmır. Nikol Ermənistanın Türkiyə və Azərbaycana necə təhvil verilməsi barədə Bakı ilə danışıqlar aparır.
Herbiand.az bildirir ki, bunu jurnalistlərlə söhbətində müxalifətçi deputat, Ermənistan Respublika partiyasının üzvü Anna Mkrtçyan deyib.
Onun qənaətincə, Ermənistan hakimiyyəti məhbusların qaytarılması üçün heç bir iş görmür və bu məsələ ilə bağlı danışıqlar aparmır: “Hakimiyyət bu şəxslərin Bakı həbsxanasına düşməsinin qarşısını almaq üçün heç nə etməyib, indi isə onları geri qaytarmaq üçün heç bir iş görmür. Mən Ermənistan Ombudsmanının hesabatından sitat gətirəndə Alen Simonyan dedi ki, nağıl danışmayın. Yəni, erməni əsirlərə işgəncə verilməsi nağıldır? Bu, onların ermənilərin həyatına real münasibətidir”.
Bəxtiyar CƏFƏRLİ