AZ

Yardımlar hər iki tərəfə edilsəydi, burada qərəz axtarmaya bilərdik- Turan Rzayev- ÖZƏL

Aİ Avropa Sülh Fondu çərçivəsində Ermənistana ikinci, ölümcül olmayan hərbi yardım təklif edib. 2024-cü ildə 10 milyon avro ayıran Aİ, bu dəfə də Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyi hədəfləyir.
Rəsmi Bakı bu addımı birtərəfli və qərəzli siyasət hesab edir, bunun regionda gərginliyi artıracağını bildirir.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq edilən yardımların Azərbaycanı narahat etdiyini və danışıqlar prosesinə də təsir etdiyini qeyd edib:

"Ermənistana ayrılan yardımlar yalnız  humanitar və ya iqtisadiyyatlarını artırmaq məqsədilə deyilsə də, nədənsə biz bunu daha çox hərbi xərclərə yönəldiyini görürük. Ermənistan hərbi xərclərini artırır və istənilən halda Ermənistana edilən yardımlar Azərbaycanı narahat edir və danışıqlar prosesinə də təsirsiz ötüşmür. Hazırda Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi gedir və gedən danışıqlar prosesi fonunda bu yardımların ayrılması Bakını o qədər də məmnun etmir və həqiqətən də bu, təktərəfli və qərəzli yardımdır. Belə məsələlər ancaq Ermənistanı sülhdən yayındıra biləcək faktorlardır. Hesab etmək olar ki, Ermənistan tərəfi bununla şirniklənə bilər və regionda eskalasiya riskləri arta bilər. Azərbaycan Avropa İttifaqı münasibətləri enişli-yoxuşlu olub  və ümumiyyətlə, rəsmi Bakı bu tipli qərəzli mövqelərə heç də xoş münasibət göstərmir və bu, bütün hallarda Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə də təsirsiz ötüşmür. Yəni edilən yardımlar hər iki tərəfə edilsəydi, burada qərəz axtarmaya bilərdik. Amma bir tərəfə edilib, digər tərəfə edilmirsə, bu, istənilən halda münasibətlərə təsir edir. Həm Ermənistan Azərbaycan münasibətlərinə və danışıqlar prosesinə, həm də Azərbaycan və Avropa İttifaqı münasibətlərinə təsir edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
57
olaylar.az

1Mənbələr