Fransa hökuməti Ukrayna lideri Zelenski və Böyük Britaniyanın baş naziri Starmerlə Vaşinqtona getməyi planlaşdırır.
Sherg.az xəbər verir ki, bu haqda Fransa hökumətinin sözçüsü Sofi Primas Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verib.
Sözçü Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün diplomatik səylər sürətlənən bir vaxtda prezident Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Keir Starmer ilə Vaşinqtona birgə səfər etməyi düşündüyünü bildirib.
“Prezident Makronun prezident Zelenski və britaniyalı həmkarı ilə yenidən Vaşinqtona gedə biləcəyi güman edilir”, - deyə Primas bildirib.