AZ

Misirin Qəzza ilə bağlı yeni planı – ABŞ rədd etdi

"ABŞ ərəb ölkələrinin Qəzza sektoru ilə bağlı planını qəbul etmir".

Olaylar.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik şurasının mətbuat katibi Brayan Xyuz deyib.

"Biz prezident Trampın Qəzzanın bərpası ilə bağlı baxışlarını dəstəkləyirik. Hazırkı təklif Qəzzanın həyat üçün yararsız olması faktını inkar edir və onun əhalisi regionda yalnız humanitar şəraitdə yaşaya bilər. Bu məsələnin müzakirəsi davam edəcək", - deyə o bildirib.

Qeyd edək ki, Qəzzanın bərpa planını bundan öncə Misir irəli sürüb. Trampın planından fərqli olaraq bu, yerli əhalinin bölgədən köçürülməsini nəzərdə tutmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr