AZ

“Siyasətdə qalmağım ümumilikdə təhlükə yaradırdı” – “Fikirlərimin çox hissəsi reallaşıb”

“Mənim siyasətdən getməyimin səbəbləri var idi. Siyasətin mənim üçün darıxıb-darıxmadığını siz jurnalistlər müəyyənləşdirə bilərsiniz...”

“AzPolitika” xəbər verir ki, bunu AMİP-in fəxri lideri Etibar Məmmədov “Modern.az” saytına müsahibəsində “Siyasəti, tarixi yaxşı bilən birinin birdən-birə siyasətdən çəkilməsi qəribə haldır. Sizi deyirik, maraqlı və inandırıcı yanaşmanız var. Etibar Məmmədov siyasətdən ötrü darıxır, yaxud siyasət Etibar Məmmədov üçün darıxır” sualını cavablandırarkən deyib.

“Mən müəllim kimi də çalışmışam, tarixçi kimi bu prosesləri bilməyim təəccüblü deyil. Ancaq darıxmaq məsələsinə gələndə, əlbəttə, insan bu proseslərin içində olmaq istəyər. Lakin mənim siyasətdə olmağımın ziyanı olacaqsa, milli mənafe xətrinə çəkilməyim daha yaxşıdır”, - o əlavə edib.

AMİP lideri vurğulayıb ki, siyasətdə qalması ümumilikdə təhlükə yaradırdı, bundan istifadə etmək istəyən insanlar var idi: “Bundansa siyasətdə olmamağım daha yaxşı idi. Çünki həmin dövrdə həvəsi olanlar, sinəsinə döyənlər çox idi ki, nəsə nəticə əldə edəcəklər. Meydan onlara verilib ki, nəticə əldə etsinlər”.

E.Məmmədov daha sonra 30 il əvvəl görmək istədiyi Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edərək fikirlərinin çox hissəsinin reallaşdığını qeyd edib: “Hərəkat başlayanda əsas problemlərimdən biri hansı istiqamətlərdə gedəcəyimiz, hansı mərhələlərlə addımlayacağımız idi. Mənim fikrim ondan ibarət idi ki, biz azadlıqdan demokratiyaya getməliyik, yəni əvvəlcə milli azadlığımızı təmin edib sonra demokratik dövlət qurmaq istiqamətində fəaliyyət göstərməliydik. Bəziləri də var idi deyirdi ki, SSR-nin dağılması hələ mümkün deyil. Xalq Cəbhəsinin təsis konfransında mənim tələblərimdən biri ondan ibarət idi ki, Xalq Cəbhəsinin proqramına Azərbaycanın müstəqilliyi uğrunda hərəkat əsas vəzifə kimi daxil olsun. Əksəriyyət SSR-nin dağılması haqqında heç düşünə də bilmirdi. Tarix göstərdi ki, biz əvvəl müstəqil olduq, demokratik cəmiyyət uğrunda hərəkat isə hələ ki, istədiyimiz nəticələri verməyib”.

“AzPolitika.info”

Seçilən
21
azpolitika.info

1Mənbələr