İsrailin müxalif “Haaretz” qəzeti Türkiyənin bölgədə İsrail üçün təhlükə yarada biləcəyi ilə bağlı aparılan təhlilə münasibət bildirib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı qəzetin köşə yazarlı Zvi Barel məlumat verib.
O, PKK lideri Abdullah Öcalanın silahları yerə qoyma və təşkilatı ləğv etmə çağırışından sonra terror təşkilatının verdiyi atəşkəs qərarının Suriyadakı tarazlığı dəyişdirə və İsrailin Suriyanın cənubundakı varlığına təhlükə yarada biləcəyini bildirib.
Barel 2013-cü ildəki həll prosesindən fərqli olaraq bu dəfə terror təşkilatının tərksilah edilərək özünü məhv edəcəyini iddia edib. O, bu vəziyyətin Türkiyənin regional statusuna da təsir edə və Amerika qüvvələrinin Suriyadan çıxarılmasını təşviq edə biləcəyini bəyan edib.
Zvi Barel Türkiyənin Suriyanın şimalından qoşunlarını çıxarması halında İsrailə təzyiqin artacağına diqqət çəkib: “Bura İsrailin taktiki üstünlüklər əldə etməyə çalışdığı, Türkiyənin isə uzunmüddətli strateji üstünlüklər hədəflədiyi yeni oyun meydanıdır”.