AZ

Kiberdələduzlar bunu da etdilər – Zəngdən imtina etsəniz belə... VİDEO

Kiberdələduzlar vətəndaşların mobil telefonunu ələ keçirərək bütün məlumatları izləyə bilirlər.

Xezerxeber.az-ın xəbərinə görə, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev deyir ki, kiberdələduzlar vətəndaşların şəxsi məlumatların ələ keçirmək üçün müxtəlif üsullara əl atırlar. Onlardan da biri mobil telefonun zəng və ye mesaj vasitəsi ilə ələ keçirilməsidir.

Fərhad Mirəliyev bildirib ki, kiberdələduzların bu üsulla asanlıqla hansısa mobil telefon və ya komputeri ələ keçirməsinə səbəb proqram təminatında olan boşluqlardır. Onlar bu boşluqlardan istifadə edərək öz casus proqramlarını yaradırlar.

Mütəxəssis əlavə edib ki, mobil telefon dələduzlar tərəfindən ələ keçirildikdə həm proqram təminatında həm də internetə daxil olma zamanı donmalar müşahidə olunur. Bu səbəbdən tanımadıqları nömrədən zəng gələrsə sadəcə olaraq cavabsız qoysunlar. Bu kimi halların qarşısını almaq üçün proqram təminatına və ya tətbiqə gələn yenilənmələri gecikdirmədən təsdiq etmək mütləqdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
53
13
xezerxeber.az

10Mənbələr