AZ

Kreml Zelenskinin danışıqlara hazırlığını müsbət qiymətləndirib » AzadMedia.az


Kreml Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar masası arxasına oturmağa hazır olmasını müsbət qiymətləndirir, lakin Moskva ilə danışıqlara qoyulan qadağa bir maneə ola bilər. TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Müsbət. Məsələ ondan ibarətdir ki, kiminlə (danışıq masası arxasında) oturmaq lazımdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumilikdə yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib”.

Martın 4-də ABŞ prezidenti Donald Tramp Konqresdəki çıxışında Zelenskinin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu bildirib.

Bu bəyanat bir neçə gün Ağ Evdə Tramp və Zelenski arasında qızğın debatlardan sonra verilib. Bundan sonra ABŞ lideri Zelenskinin özünü hörmətsiz apardığını və sülh yolu ilə həllə hazır olmadığını qeyd edib.

Zelenski 2022-ci il oktyabrın 4-də Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını icra edib. 
Seçilən
50
1
azadmedia.az

2Mənbələr