AZ

Moskva prospektindəki tuneldə maşınların üzərinə daş, çınqıl tökülür? VİDEO

Hərəkətin intensiv olduğu tuneldə təhlükəli vəziyyət yaranıb.

Xezerxeber.az-ın xəbərinə görə, Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə illərdir yuxarıdan axan suyun təsiri nəticəsində sütun aşınıb, tavanın bəzi yerləri qopub.

Sürücülər deyirlər ki, yaranmış təhlükə tezliklə aradan qaldırılmalıdır.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda ərazidə hər hansı bir təhlükəli vəziyyət yoxdur. Belə ki, tuneldə üzlük daşlarının bir hissəsi qopub, yerinə bərpa olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
70
xezerxeber.az

1Mənbələr