AZ

Çexiya “Drujba” boru kəmərindəki nasazlıq səbəbindən “Orlen Unipetrol”a 330 min ton neft verəcək

Çexiya hökuməti neft emalı zavodlarının (NEZ) operatoru olan “Orlen Unipetrol” şirkətinə dövlət ehtiyatlarından 330 min tonadək neft təqdim edəcək.

“Report” CTK-ya istinadən xəbər verir ki, bu barədə Çexiyanın Dövlət Ehtiyatları İdarəsinin rəhbəri Pavel Şvaqr açıqlama verib.

O, ölkənin neft qıtlığı ilə üzləşmədiyini vurğulayıb. Ehtiyatların istifadəsi NEZ-lərin bir ay ərzində sabit fəaliyyətini təmin etmək üçün vacibdir. Şvaqrın sözlərinə görə, bunun üçün hökumət neft anbarlarında toplanmış ehtiyatların üçdə birini təqdim etməyə hazırdır.

Qeyd edək ki, bu gün Çexiyanın sənaye və ticarət naziri Lukaş Vlçek “Drujba” boru kəməri vasitəsilə neftin nəqlinin dayandırıldığını, lakin problemin səbəbinin açıqlanmadığını söyləyib.

Seçilən
36
report.az

1Mənbələr