AZ

Rusiya İran və ABŞ arasında vasitəçi olmaq istəyir

Moskva İranın nüvə problemi ilə bağlı danışıqlarda İran və ABŞ arasında vasitəçi olmağa hazırdır. Bu barədə Rusiya prezidentinin rəsmi sözçüsü Dmitri Peskov bildirib.

“İran bizim müttəfiqimiz, tərəfdaşımız, hərtərəfli, qarşılıqlı faydalı, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq inkişaf etdirdiyimiz ölkə olduğundan, Rusiya bunun üçün mümkün olan hər şeyi etməyə hazırdır”, – Peskov qeyd edib.

O, həmçinin vurğulayıb ki, Tehranın nüvə dosyesi ilə bağlı problem yalnız sülh yolu ilə diplomatik yollarla həll edilməlidir. Kreml sözçüsü onu da qeyd edib ki, Ər-Riyadda Rusiya-Amerika danışıqlarında İran məsələsi müzakirə olunub, lakin konkret təkliflər olmayıb. Tərəflər İran məsələsi ilə bağlı ayrıca məsləhətləşmələr aparmağa razılaşıblar. “Buna (İran mövzusuna – red.) Ər-Riyadda toxunulub, lakin təfərrüatlı deyil. Yenə təkrar edirəm: təfərrüatlı deyil, ona görə də konkret təşəbbüslər olmayıb”, – Dmitri Peskov deyib.
Qeyd edək ki, Kreml əvvəllər Qərb mətbuatının yazdığı kimi, Vladimir Putinin İran və ABŞ arasında danışıqlar prosesində iştirakını təsdiqləməyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
42
editor.az

1Mənbələr