Gəlir vergisi ödəyiciləri üzrə risklərin müəyyən edilməsi zamanı pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin (vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlər istisna olmaqla) ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən məbləğin 25 faizinin vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği ilə uzlaşdırılması, dəqiqləşdirilmiş bəyannamələr təqdim etməklə hesablanmış məbləğlərə azalmalar vermiş vergi ödəyiciləri üzrə azalma hallarının səbəblərinin müəyyənləşdirilməsi, bəyannamənin ümumi gəlirdən çıxılmalar hissəsində rezident tərəfindən ödənilən dividend, faizlər, royalti, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətirlərində qeyd olunmuş məbləğlərin digər vergi ödəyicilərinin təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin əlavəsi ilə üzləşdirilməsi, kredit və ya elektron pul təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə həmin kredit və ya elektron pul təşkilatının xidmət etdiyi vergi ödəyicisinə (şəxsə) dair əldə edilmiş eyniləşdirmə məlumatı, onun hesabları və hesab əməliyyatları barədə məlumatlarla bəyannamə göstəricilərinin müqayisə edilməsi nəzərə alınmaqla Dövlət Vergi Xidməti) Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən (AVİS) kənar qaydada kameral vergi yoxlamaları aparılır.
Heftelik.az-ın məlumatına görə bu, Kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalarda əksini tapıb.