AZ

Bu sənəd nikaha daxil olan kişi və qadın tərəfindən imzalanır

Nikah haqqında akt qeydinin 13-cü qrafasında 1-ci qrafada yazılmış soyadlara uyğun soyadlar göstərilir və müvafiq olaraq nikaha daxil olan kişi və qadın tərəfindən imzalanır.

Heftelik.az-ın məlumatına görə, bu, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimat”da əksini tapıb.

14-cü qrafada qeydiyyat zamanı iştirak edən şahidlərin soyadı, adı, ata adı yazılır və onlar tərəfindən imzalanır. 15-ci qrafada evlənənlərə verilən nikah haqqında şəhadətnamənin seriyası və nömrəsi göstərilir. 16-cı “Qeydlər üçün” qrafada nikahın dövlət qeydiyyatının qeydiyyat şöbəsinin yerləşdiyi binadan kənarda aparılmasına, nikah yaşına çatmamış şəxslərin nikah yaşının azaldılmasına icazə verilməsi barədə yerli icra hakimiyyətinin sərəncamına dair məlumatlar göstərilir.

Seçilən
17
heftelik.az

1Mənbələr