Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müəssisənin işçilərinin (prorektor və daxili audit bölməsinin əməkdaşları istisna olmaqla), onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların rəhbərlərinin tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsinə, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul etmək, dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq və müəssisənin cari fəaliyyəti ilə bağlı digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən hüquqları həyata keçirmək rektorun hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində rektorun fəaliyyətinin təşkili haqqında Əsasnamə”də əksini tapıb.