AZ

Cənubi Koreya qırıcıları təlimlər zamanı yaşayış binasını bombalayıb

Cənubi Koreyanın Poçeon şəhərində təlimlər zamanı planlaşdırılmamış bomba yaşayış binasına düşüb və dinc sakinlər yaralanıb.

Bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

"Səlahiyyətlilər təxminən saat 10:00-da (Bakı vaxtı ilə 05:00) Seuldan təxminən 43 km şimalda yerləşən şəhərdə yaşayış binasına bombanın düşdüyünü, 7 nəfərin yaralandığını və bir neçə binanın dağıldığını bildiriblər", - məlumatda deyilir.

Qeyd olunur ki, yerli sakinlərin təxliyəsi barədə göstəriş verilib. Səlahiyyətlilər hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb.

Seçilən
31
aznews.az

1Mənbələr