Ermənistan hakimiyyəti tədricən Rusiyaya münasibətinə yenidən baxır və az-çox konstruktiv kanala qayıdır.
Herbiand.az xəbər verir ki, bu fikirləri erməni siyasi texnoloq Vigen Akopyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, münasibətləri yaxşılaşdırmaq cəhdləri həm Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana gözlənilən səfəri, həm də İrəvanın rusiyalı tərəfdaşlarına qarşı ritorikasının bütövlükdə yumşalması ilə sübut olunur.
Ekspert qeyd edib ki, son vaxtlar Ermənistan rəhbərliyinin nümayəndələri həqiqətən də bu və ya digər şəkildə Rusiya və ya Aİİ ilə bağlı olan hadisələrdə daha fəal iştirak edirlər.
Akopyan istisna etmir ki, mövcud dinamika qorunub saxlanılarsa, Nikol Paşinyanın çox tezliklə psixi transformasiyasını görmək mümkün olacaq. Məsələn baş nazir deyə bilər ki, o, KTMT-yə üzvlüyün dondurulması barədə danışmayıb…