AZ

İnnovasiya və diversifikasiya - Azərbaycanda uzunmüddətli iqtisadi artıma yol - Dünya Bankı (ÖZƏL MÜSAHİBƏ)

Bakı. Trend:

Avropada iqtisadi artımın yavaşlaması Mərkəzi Asiyaya təsiredir, regionun Aİ və digər inkişaf etmiş ölkələrin gəlirsəviyyələri ilə yaxınlaşma imkanlarını məhdudlaşdırır.

Bunu Trend-əözəl müsahibəsində Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə başiqtisadçısı İvaylo İzvorski deyib.

"Avropa və Mərkəzi Asiya üçün əsas problem iqtisadi artımınləngiməsidir. Bu, bizim ölkələrimizdə artım templərinə təsir edirvə nəticədə konvergensiya - Avropa İttifaqı və inkişaf etmişölkələrin gəlirlərinə yaxın səviyyələrə çatmaq imkanı kəskinşəkildə pisləşib", - İzvorski bildirib.

Onun sözlərinə görə, bu çətinliklərə baxmayaraq, Azərbaycanböyük ölçüdə enerji sektorunun sayəsində nəzərəçarpacaq iqtisadiartım nümayiş etdirib: "Azərbaycan öz karbohidrogen ehtiyatlarısayəsində dünya bazarlarına inteqrasiyada uğur qazanıb". Lakinuzunmüddətli perspektivdə yüksək gəlirli statusa nail olmaq üçünAzərbaycan təbii ehtiyatlardan asılılığını azaltmalıdır.

O qeyd edib ki, buna nail olmaq üçün ölkə iqtisadiyyatışaxələnməli və özəl sektor daha mühüm rol oynamalıdır. "Özəl sektordaha dinamik və dünyaya açıq olmalıdır. Həmçinin təhsil sisteminitəkmilləşdirmək, iqtisadiyyatın bütün sahələrinin səmərəliliyiniartırmaq lazımdır", - iqtisadçı bildirib.

İzvorski orta gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə gedənyolda iki əsas mərhələni qeyd edib. "Birinci mərhələ investisiyayönümlü modeldən xarici texnologiyaların və təcrübənin cəlbedilməsinə yönəlmiş modelə keçidi nəzərdə tutur. Azərbaycan indikimərhələdədir, lakin o, bu prosesi qeyri-neft sektoruna dagenişləndirməlidir", - o əlavə edib.

Növbəti mərhələ daxili innovasiyaların inkişafıdır."İnnovasiyanın kök salması üçün ölkə ilk növbədə xarici biliklərimənimsəməli və öz müəssisələrinin innovasiya potensialınıgücləndirməlidir", - İzvorski bildirib.

İqtisadiyyatın diversifikasiyası üçün mümkün sahələrdən biribərpa olunan enerji sektorudur. Baş iqtisadçı qeyd edib ki, “bərpaolunan enerji mənbələri təkcə enerji intensivliyinin azaldılmasınakömək etməyəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq və yenitexnologiyaların tətbiqini asanlaşdıracaq”.

İqtisadiyyatın diversifikasiyası üçün mümkün sahələrdən biribərpa olunan enerji sektorudur. Baş iqtisadçı qeyd edib ki, “bərpaolunan enerji mənbələri təkcə enerji intensivliyinin azaldılmasınakömək etməyəcək, həm də ekoloji vəziyyəti yaxşılaşdıracaq və yenitexnologiyaların tətbiqini asanlaşdıracaq”.

Bundan əlavə, bərpa olunan enerji layihələri tikintimərhələsində əhəmiyyətli kapital qoyuluşu və iş yerləri hesabınaiqtisadi aktivlik yaradır. Tamamlandıqdan sonra onlar daha sərfəlivə etibarlı enerji təmin edir, sabitliyi təşviq edir və enerjikəsilmələrini azaldır. “Bərpa olunan enerji mənbələrinə keçidAzərbaycana karbohidrogenlərdən asılılığını azaltmağa köməkedəcək”, - deyə İvaylo İzvorski yekunlaşdırıb.

Məqalədə:
Seçilən
36
1
az.trend.az

2Mənbələr