Bakı. Trend:
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiakaAbdulqadir İmam Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavinicənab Elnur Əliyev ilə görüşüb.
Trend xəbərverir ki, bu barədə D-8-in “X” sosial şəbəkə hesabında paylaşımedilib.
Məlumata görə, İsiaka Abdulqadir İmam Azərbaycanı D8- əqoşulması münasibətilə təbrik edib və Təşkilatın Üzv Dövlətlərarasında ticarət və iqtisadi rifahı təşviq etmək üçün əsastəşəbbüslərini vurğulayıb.
Baş katib D-8-ə üzv dövlətlər arasında investisiyaəməkdaşlığının genişləndirilməsi üçün D-8 ölkələrininİnvestisiyaların Təşviqi Agentlikləri ilə Bakıda görüşünkeçirilməsini təklif edib.
Nazir müavini bu təklifi dəstəkləyib və müxtəlif prioritetsahələr, o cümlədən nəqliyyat, KOM-lar, HR-nin inkişafı, İKT,ticarət və investisiyalar üzrə əməkdaşlığa hazır olduğunubildirib.
Görüşdə e-ticarət və investisiya tərəfdaşlığının əhəmiyyətivurğulanıb. Təklif olunan fəaliyyətlərin üsulları üzrə növbətitexniki sessiyalar barədə razılıq əldə olunub.