AZ

AQİNF rəsmisi Arina Kaluqinanın dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib

Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova yeniyetmə fiqurlu konkisürən Arina Kaluqinanın Macarıstanın Debretsen şəhərində keçirilmiş dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib.

AQİNF rəsmisi "Report"a açıqlamasında mundialda 14-cü yeri tutan milli üzvünün daha yüksək nəticələr qazanacağına inandığını söyləyib.

“Təbii ki, Arinadan daha yüksək nəticələr gözləyirdik. Lakin nəzərə alsaq ki, onun böyük arenada ilk, beynəlxalq yarışlarda isə ikinci çıxışı idi, nəticəni yaxşı qiymətləndirirəm. Çox gözəl çıxış etdi. Arinanın gələcəkdə daha yaxşı nəticələr qazanacağına inanırıq”, - G.Bədəlova vurğulayıb.

Qeyd edək ki, dünya çempionatında qısa və sərbəst proqramda çıxış edən A.Kaluqina 48 idmançı arasında 172.43 xalla 14-cü olub.

Seçilən
35
report.az

1Mənbələr