AZ

İşğaldan azad olunmuş ərazilərdə əkin üçün torpaq sahələri müəyyən edilir - Nazirlik

Bakı. Trend:

Prezident İlham Əliyev ötən ilin noyabr ayında işğaldan azadolunmuş ərazilərdə torpaq istifadəçiliyinə dair müvafiq fərmanimzaladı. Bu fərmanla aidiyyatı qurumlara o cümlədən KəndTəsərrüfatı Nazirliyinə də tapşırıqlar verildi. Həmin tapşırıqlarınicrası çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetitərəfindən ötən il dekabr ayının 28-dən məskunlaşan əhali üçün kəndətrafında torpaq sahələrinin icarəyə verilməsi qaydaları təsdiqolundu.

Bunu Trend-əaçıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyənəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O qeyd edib ki, bu çərçivədə də Kənd Təsərrüfatı Nazirliyi ilkinolaraq azad edilmiş ərazilərdə ilk məskunlaşma aparılmış Zəngilanrayonunun Ağalı kəndi ətrafında 110 hektar seçilmiş torpaqsahəsində həmin qaydaların tələblərinə uyğun, müvafiqinfrastruktura gətirilmiş sahələr seçib.

"Torpaq sahələri minimum 5 ha təşkil etməklə suvarılan ərazilərolub, əkin üçün hazır vəziyyətə gətirilmiş kənd ətrafında yerləşəntorpaqlardır. Artıq kənd təsərrüfatı təyinatlı torpaqların əkinməqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanıb.Bununla bağlı Nazirliyin müvafiq struktur və bölmələri Ağalıkəndinə ezam olunub. Onlar kənd sakinlərini prosesslərər barədəməlumatlandırırlar".

Nazirlik rəsmisi onu da vurğulayıb ki, məskunlaşma gedən digərərazilərdə də planlama başlanılıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasınınmüvafiq şöbələrinin rəhbərliyi ilə məsələlər nəzarətdə saxlanılır.Bununla bağlı Nazirlik olaraq artıq kəndlərin inzibati sərhədləridaxilində, yəni məskunlaşma nəzərdə tutulan 44 kənddə torpaqsahələrinin müəyyən edilməsi və bu ardıcıllıqla da onlarıninfrastruktura gətirilmə planlaması aparılmaqdadır", - deyə o qeydedib.

Seçilən
26
2
az.trend.az

3Mənbələr