AZ

“Tramp Zelenskinin siyasi rəqiblərilə gizli danışıqlar aparır” – “Görüşdə Timoşenko və Poroşenkonun nümayəndələri olub”

ABŞ Prezidenti Donald Trampın nümayəndələri Volodimir Zelenskinin bir sıra siyasi rəqibləri ilə gizli danışıqlara başlayıb.

“AzPolitika” xəbər verir ki, bu barədə martın 6-da “Politico” nəşri məlumat yayıb.

Görüşlərdə iştirak edənlər arasında Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko ilə əlaqəsi olan “Avropa Həmrəyliyi” partiyasının əsas nümayəndələri olub.

Nəşrin məlumatına görə, Trampın ətrafına aid dörd yüksək vəzifəli nümayəndə Ukrayna siyasətçiləri ilə Ukraynada keçiriləcək prezident seçkilərini müzakirə etmək üçün görüşüb. Nəşrin mənbələri, o cümlədən Ali Radanın adı çəkilməyən üç deputatı və ABŞ Respublikaçılar Partiyasından olan xarici siyasət eksperti, danışıqları aparanların ABŞ üçün Zelenskidən daha əlverişli tərəfdaş kimi mövqe tutduqlarını iddia edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb, lakin hərbi vəziyyət səbəbindən seçkilər ləğv edilib və konstitusiyaya uyğun olaraq, onun səlahiyyəti davam edir. Gələcək seçkilərə gəlincə isə onun Ukraynada əsas rəqibi sabiq Baş komandan, general Valeri Zalujnı hesab edilir. Ölkədə Poroşenkonun 20 faizdən, Timoşenkonun isə 10 faizdən aşağı reytinqinin olduğu bildirilir.

“AzPolitika.info”  

Seçilən
88
azpolitika.info

1Mənbələr