1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsində olan yüksəkvəzifəli şəxslər Volodimir Zelenskinin əsas siyasi rəqibləri, o cümlədən Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenko ilə gizli görüş keçiriblər.
Oxu.Az bu barədə "Politico" nəşrinə istinadən xəbər verib.
D.Trampın köməkçiləri, həmçinin Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Avropa Həmrəyliyi Partiyasının yüksəkvəzifəli nümayəndələri ilə müzakirələr aparıblar.
Müzakirələrin əsas mövzusu ölkədəki siyasi vəziyyət və növbəti seçkidə Vaşinqtonun Ukraynadakı siyasi qüvvələrlə əməkdaşlığı olub.
Xatırladaq ki, V.Zelenskinin prezidentlik səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb.