Qərbi Avropa ölkələrinin Rusiyaya məhəl qoymayan Ukrayna üçün hazırladığı sülh planının zərrə qədər də dəyəri yoxdur.
Publika.az xəbər verir ki, bunu Xerson qubernatoru Vladimir Saldo bildirib.
“Bütün bunlar ölkəmizin maraqları nəzərə alınmadan həyata keçirilə bilməz, bu o deməkdir ki, Rusiyadan yan keçmək üçün hazırlanmış hər hansı sülh planının zərrə qədər də dəyəri yoxdur”, - Saldo qeyd edib.
Daha əvvəl “Daily Mail”in diplomatik mənbələrdən verdiyi xəbərə görə, Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron gələn həftənin əvvəlində Vladimir Zelenski ilə Vaşinqtona getməyə və Ukraynadakı hərbi münaqişənin həlli planını təqdim etməyə hazırlaşır.