Fransa ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülüməsini dayandırmasından sonra Kiyevə bu məlumatları təqdim etməkdə davam edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu “France Inter” radiosuna müsahibəsində bildirib.
"Bizim kəşfiyyatımızın öz imkanları var. Malik olduğumuz məlumatları Ukrayna tərəfinə ötürürük", - o bildirib.