
Qarabağda 44 günlük müharibə zamanı 3897 hərbçi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi “Joxovurd” qəzetinin sorğusuna cavab olaraq bildirib.
Nəşr yazır ki, ölənlərin sadəcə 1702-si çağırışçıdır. Bildirilir ki, qalanları könüllü, ehtiyatda olan və ya digər qoşunların hərbçiləridir.
Qeyd olunub ki, 172 hərbçinin isə harada olduğu hələlik məlum deyil.