Latviya Seyminin deputatlarının təxminən beşdə bir hissəsi Ruben Vardanyana hökm çıxarılması zamanı yerli aspektlərlə yanaşı, beynəlxalq aspektlərin də nəzərə alınması barədə bəyanatla çıxış edib.
Bu barədə “Report” “CNN Prima News” xəbər kanalına istinadən xəbər verib.
Deputatlar Vardanyanın cinayətkar fəaliyyətinin beynəlxalq miqyasına diqqət çəkərək, onu "Putinin sponsoru" və separatizmin tərəfdarı adlandırır, onun üçün sərt cəza tələb edirlər.
Onlar Vardanyanla bağlı çıxarılacaq hökmün postsovet məkanında Kreml yönümlü separatçılar üçün dərs olacağına ümidvar olduqlarını bildiriblər.
Qeyd edək ki, R.Vardanyanın Bakı hərbi məhkəməsində yanvarın ortalarından məhkəmə prosesi keçirilir.