AZ

Azərbaycanda qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılır- ÖZƏL

"Azərbaycanın müstəqillik tarixində qadınlar bir çox sahələrdə əhəmiyyətli rol oynamışdır. Ölkəmizdə gender siyasətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Gender siyasətinin tətbiq edilməsi, dövlətin idarə edilməsində qadınların irəli çəkilməsi Ulu Öndərin dövlətçilik siyasətində öz əksini tapmış ən aktual məsələlərdən biri olmuşdur. Belə ki, 1998-ci ildə Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam vermişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov deyib: "1998-ci il sentyabrın 14-15-də Azərbaycan qadınlarının I Qurultayı keçirildi. Bu qurultayda iki mindən çox nümayəndə iştirak edirdi. Məhz bu qurultay Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı oldu.Qadınların hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı.
Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda dövlət gender siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də öncül ölkələrdən biridir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə qadınların nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı, peşəkar siyasətçi, humanist Azərbaycan qadınları obrazı təqdim olunur. Onun rəhbərliyi ilə bir çox beynəlxalq layihələr həyata keçirilmiş, qadın hüquqlarının müdafiəsi istiqamətində mühüm addımlar atılmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
78
olaylar.az

1Mənbələr