Dəmir yolu və metro nəqliyyatında xərclər gəlirləri davamlı olaraq üstələməkdədir.
FED.az bu barədə ABB-nin mart ayı üçün açıqladığı "Azərbaycanın Nəqliyyat Sektoru: Trendlər və Çağırışlar" hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, dəniz nəqliyyatında 2021-ci ildən etibarən gəlirliliyin artaraq xərclərlə bərabərləşdiyi müşahidə ounur.
Hava nəqliyyatının mənfəəti sıfır ətrafındadır.
İstər avtobus, istərsə də taksilər nəzərə alınmaqla avtomobil nəqliyyatı sərnişin daşınması üzrə ən mənfəətli nəqliyyat sektorudur.