AZ

Britaniyalı lord: Parlamentdə “Azərbaycanın dostları qrupu”nun yaradılması əlaqələrin güclənməsinə təkan verəcək

London, 6 mart, AZƏRTAC

Parlamentdə “Azərbaycanın dostları qrupu”nun yaradılmasından böyük məmnunluq duyuram. Bu qrup artıq mövcud olan güclü Azərbaycan-Britaniya əlaqələrini daha da möhkəmləndirəcək.

Bu sözləri AZƏRTAC-ın London müxbirinə açıqlamasında Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord David Evans deyib.

“Bildiyiniz kimi, iki ölkə çox yaxşı dostdur və birlikdə uğurla çalışırıq. Böyük Britaniya Azərbaycandakı ən böyük investordur. Mən dostluq qrupunun iki ölkə arasındakı mövcud əlaqələri daha da gücləndirəcəyinə inanıram”, - deyə Lord Evans qeyd edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
21
azertag.az

1Mənbələr