Mart ayının 6-da YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Ağcabədi rayon təşkilatının əməkdaşları, Şəhid ailələrinin üzvləri, ƏPT sədrləri və YAP fəalları olan qadınlar iştirak edib.
Tədbirdə ilk öncə, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin və Aktau şəhərində təyyarə qəzasında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbirdə iştirtak edən qadınları və onların simasında bütün Azərbaycan qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Azərbaycan qadınlarının ağlı-zəkası, hər şeydən əvvəl yüksək analıq keyfiyyətləri, müdrikliyi, sədaqəti, qəhrəmanlığı və digər müsbət keyfiyyətləri barədə geniş danışmışdır. Eyni zamanda qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarını daim yüksək dəyərləndirmiş, onlara qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Cənab Prezidentin müdrik və qətiyyətli siyasəti sayəsində ölkəmiz gündən-günə inkişaf edir. İctimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə qadınlarımız var güclərini sərf edirlər.
Rövşən Əhmədov bildirmişdir ki, 8 mart bütün Azərbaycan qadınları kimi, həm də, şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq onlar beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror əməliyyatında torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverənliyini təmin etdilər. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
Tədbirdə çıxış edən Şəhid ailələrinin üzvləri Nüşabə İbrahimova, Nəzakət Bəşirova, Aynur Kərimova, Tərlan Hüseynova, Məhsəti Əsədova, ərazi təşkilat sədrləri Samirə Nəsirova, Sevda Gülmalıyeva, Nərminə Əkbərova və Mətanət Quliyeva bildirdilər ki, Azərbaycan qadını həm müəllim, həm həkim, həm memar, həm dövlət qulluqçusu, həm hərbçi, həm ictimai-siyasi xadim, qayğıkeş bir ana, vəfalı həyat yoldaşı, həm də torpaqlarımızı 30 illik erməni işğalından azad edən qəhrəmanlar böyüdən anadır.
Çıxış edənlər həmçinin, bu əziz gündə onları unutmadıqları, tədbirə dəvət etdikləri üçün YAP Ağcabədi rayon təşkilatına öz minnətdarlıqını bildirdilər.
8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə iştirak edən bütün xanımlara açıqca və gül buketləri təqdim olunub.
Tədbir çay süfrəsi arxasında davam edib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.