2025-ci ilin fevral ayında Rusiyada 78 040 yeni minik avtomobili satılıb ki, bu da bir ilin eyni ayı ilə müqayisədə 24,9% azdır.
Marja xəbər verir ki, bu məlumatları “Avtostat” agentliyi təqdim edib.
Lada brendi əhəmiyyətli fərqlə brendlər arasında liderliyini qoruyub saxlayır. Fevralda onun payı ümumi həcmin 31%-ni və ya satılan 24 573 avtomobil təşkil edib.
Xarici brendlər arasında 1-ci yeri Haval tutub. Fevralda 9570 ədəd Haval avtomobili satılıb.
Üçüncü yerdə Chery-dir (8 389 ədəd), ondan sonra daha üç çinli var: Geely (5 101 ədəd), Changan (4 424 ədəd) və Omoda (2 040 ədəd).
Yeddinci yeri 2001 avtomobillə Belarusds istehsal olunan Belgee tutub. İlk 10-luğa həmçinin Jetour (1770 ədəd), Jaecoo (1627 ədəd) və Exeed (1442 ədəd) daxildir.
Agentlik əlavə edib ki, 2025-ci ilin cəmi iki ayında Rusiyada 167 112 yeni minik avtomobili satılıb ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9,3% azdır.