AZ

"AzTV"nin 48 minlik tenderi ləğv edildi

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin ("AzTV") tenderi ləğv edilib.

Valyuta.Az dövlət satın almaların vahid intenret portalına istinadən xəbər verir ki, telekanalın ləğv edilən tenderi "fasiləsiz enerji mənbəyinin (UPS-in) ehtiyat hissələrinin və illik servis xidmətlərinin satınalınması" ilə bağlı olub. 

Məlumata əsasən, tender 48.358,76 AZN dəyərində olub. 

Qeyd edək ki, tender, qiymət təklifi vermiş "Aktiv Enerji" MMC tərəfindən təqdim olunmuş təklifin təminatın sözügedən satınalmaya aid olmaması, bununla da təklifin təminatını təqdim etmiş təchizatçılarən sayının üçdən az olması səbəbindən ləğv edilib.

Rəhim

Seçilən
91
valyuta.az

1Mənbələr