Bakı. Trend:
Martın 6-da Gəncəyə səfər çərçivəsində Birinci vitse-prezident,Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları LeylaƏliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş XəstəxanasınınPerinatal Mərkəzində olublar.
Trend xəbər verir ki, Gəncəşəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə vəətraf regionlardan olan vətəndaşlara xidmət göstərən PerinatalMərkəz barədə məlumat verdi.
Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşanqadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrəyüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərəntibb müəssisəsidir.
Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal MərkəzəHeydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatıhədiyyə olundu.
Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondunhədiyyələri də təqdim edildi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində prioritetistiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetliuşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibbmüəssisələrinin yenidən qurulması və inşası” kimi layihələr, birçox xeyriyyə aksiyaları səhiyyə sahəsinə mühüm dəstəkdir. PaytaxtBakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə ocaqları inşa edilir,ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.