AZ

Polşanın baş naziri Avropanı Rusiya ilə silahlanma yarışına girməyə çağırıb.

Polşanın baş naziri Donald Tusk Avropanı Rusiya ilə silahlanma yarışına girməyə çağırıb. O bildirib ki, ilk növbədə Aİ ölkələri müdafiə sənayesi üçün maliyyəni artırmalıdır. “Hər kəs bu çağırışın öhdəsindən gəlməkdə qərarlıdır.

Şübhə yoxdur ki, Ukraynadakı müharibə, Amerika administrasiyasının Avropaya yeni yanaşması və hər şeydən əvvəl Rusiyanın başlatdığı silahlanma yarışı… bizim üçün tamamilə yeni çağırışlar qoyur. Avropa bu çağırışa, silahlanma yarışına qalxmalı və qalib gəlməlidir”, – Tusk Aİ-nin Brüsseldə keçirilən sammitindən əvvəl deyib.

Tuskun sözlərinə görə, Avropa dönüş nöqtəsindədir və onun üzərinə düşən məsuliyyəti dərk edib. O, Rusiyanın da SSRİ kimi bu yarışda uduzacağını iddia edir. O, əlavə edib ki, Fransa prezidenti Emmanuel Makronun nüvə silahı vasitəsilə çəkindirmə ideyası “ən çox diqqətə layiqdir”. Onun sözlərinə görə, Avropa istənilən qarşıdurmada qalib gəlməyə qadirdir.

//Samir Qurbanov, Editor.az

Seçilən
41
editor.az

1Mənbələr