Bakı. Trend:
Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesindətəqsirləndirilən şəxs Davit Allahverdiyan sərbəst ifadəsi zamanıilkin istintaqda bütün suallara cavab verdiyini və məhkəməistintaqı zamanı da cavab verəcəyini bildirib.
Trend xəbər verir ki, o,özünə qarşı insani münasibət gördüyünü deyib:
“Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkküredirəm. İndi də bütün suallara cavab verməyə hazıram”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi martın 10-da davam etdiriləcək.