AZ

"Gəldilər, qazdılar, getdilər..." - Binə sakinləri yolun bərbad vəziyyətə salınmasından şikayətçidirlər VİDEO

Xəzər rayonu, Binə qəsəbəsindəki mağazaların birində fevrın 27-də baş vermiş partlayış və yanğından sonra Hövsana gedən əsas yolda qazıntı işləri aparılıb. Qazıntıdan sonra yolun kənarındakı böyük çuxurun üstü açıq qalıb.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, artıq  3 avtomobil həmin çuxura düşüb.

Bəs qazılmış ərazinin bərpası nə zaman mümkün olacaq?

Məsələ ilə bağlı Xəzər Rayon İH-dən bildirildi ki, qazılmış hissələrin asfalt örtüyü ilə təmin olunması  üçün "Azəriqaz" İstehsalat Birliyinə və Avtomobil Yolları Dövlət Agentliyinə müraciətlər ünvanlanıb.

"Azəriqaz" İB dən isə "Xəzər Xəbər"ə bildirildi ki, qurum sözügedən ərazidə heç bir qazıntı işləri aparmayıb. Sadəcə olaraq hadisəyə görə "Azəriqaz" partlayış baş verən müəssisəyə qazın verilişini dayandırıb. Hazırda hadisə ilə bağlı istintaq gedir. "Azəriqaz" İB heç bir qazıntı işi görməyib. Həmin boru xətti müəssisənin balansında olduğuna görə tenxniki qulluqda daxil olmaq şərti ilə digər bütün məsələlərə məhz "Azəriqaz" cavabdehdir. Ərazidə təhlükəsizlik təmin olunduqdan sonra mavi yanacağın verilməsi bərpa ediləcək. İstintaq yekunlaşmadığından da bərpa işləri ləngiyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
68
xezerxeber.az

1Mənbələr