AZ

Bakıda tıxac problemi daha da böyüyür - Səbəb nədir? VİDEO

Bir neçə gündür ki, paytaxtın mərkəzi küçə və prospektlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb.

Xezerxeber.az xəbər verir ki, bu proses martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur. 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, təhlillər onu göstərib ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da təsir edir. 

Qeyd edək ki, ötən gün paytaxtın 30-dan çox küçə və prospektində saatlarla ağır tıxac yaranıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
34
xezerxeber.az

1Mənbələr