Vaşinqton, 6 mart, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Meksika məhsullarına tətbiq edəcəyi 25 faizlik tarifi aprelin 2-nə kimi təxirə salıb.
AZƏRTAC-ın məlumatına görə, o, Meksika Prezidenti Klaudiya Şeynbaumla danışıqlar zamanı belə razılığa gəldiklərini açıqlayıb.
“Mən bunu prezident Şeynbauma hörmət olaraq etdim. Biz sərhəddə həm qeyri-qanuni əcnəbilərin Birləşmiş Ştatlara daxil olmasının qarşısını almaq, həm də fentanil maddəsinin daşınmasını dayandırmaq baxımından birlikdə çox çalışırıq”, - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton