AZ

“ABŞ NATO-dan çıxmayacaq”

NATO-nun Baş katibi Mark Rutte Avropa ölkələrini ABŞ-nin NATO-dan çıxmayacağına əmin edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Transatlantik tərəfdaşlıq alyansın əsası olaraq qalır. Birləşmiş Ştatlar NATO-ya sadiqliyini açıq şəkildə təsdiqləyib”, - Rutte yazıb.

Qeyd edək ki, martın 2-də amerikalı sahibkar və ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask “X” sosial şəbəkəsində ABŞ-nin NATO və BMT-dən çıxmasının vaxtının çatması fikri ilə razılaşdığını bildirib.

Seçilən
60
1
qafqazinfo.az

2Mənbələr