AZ

Putin Makrona tarixi mesaj verdi: Bu cavabı aldı

Rusiya prezidenti Vladimir Putin Rusiyada “Vətən Müdafiəçiləri Fondu”nun əməkdaşları ilə görüşündə Ukraynadakı müharibə və Fransa prezidenti ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Putin müharibədə qələbə qazanmağı planlaşdırdıqlarını bəyan edib.

"Həqiqətən də qələbə gözləyirik. Sülh əldə olunduğu zaman övladlarımız rahat dincələcək. Biz bütün yolu sonuna kimi getməli, heç kimə boyun əyməməliyik", - deyə o qeyd edib.

Putin Fransa prezidenti Emmanuel Makronun ötən gün Rusiyanı hədəf alan açıqlamalarına da toxunub.

Rusiyanın Fransa və bütün Avropa üçün təhlükəyə çevrildiyini bildirən Makron gələn həftə paytaxt Parisdə bütün Avropa hərbi komandirlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırdığını qeyd edib.

“Bəzi insanlar Napoleonun səfərinin necə başa çatdığını unudublar. Hələ də hər şeyin necə bitdiyini unudaraq Napoleonun dövrünə qayıtmaq istəyənlər var”, – deyə Putin Makrona mesaj göndərib.

Seçilən
12
publika.az

1Mənbələr