Bakının Səbail rayonunda avtobus qəzası olub.
Day.Az Pravda.az-a istinadən xəbər verir ki, 53 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü idarəetməni itirərək Dənizkənarı Bulvara girib.
Xəsarət alanların olub-olmaması məlum deyil. Avtobusa ciddi ziyan dəyib.