1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Reyncers"ə 1:3 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo azarkeşləri tənqid edib.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssis oyun sonrası mətbuat konfransı zamanı azarkeşlər haqqında sərt açıqlama verib.
"Azarkeşlərimiz də komanda kimi idi, yaxşı performans göstərə bilmədilər. Azarkeşlər sakit qaldığı zaman futbolçular da oynamaq istəmirlər. Siz yatın, sonra da qələbə gözləyin".
Qeyd edək ki, cavab görüşü Şotlandiyada mart ayının 14-də keçiriləcək.