Los Angeles Lakers basketbol üzrə ABŞ-ın müntəzəm çempionatında (NBA) ardıcıl 9-cu qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, heyətində Ceyms Lebron və Luka Donçiç kimi ulduzların yer aldığı klub bu dəfə çətinliklə New York Knicksi məğlub edib - 113:109 (31:27; 20:33; 25:24; 23:15; 14:10).

Qələbədə ən böyük pay sahibi elə bu iki basketbolçu olub. Luka Donçiç 32, Lebron Ceyms isə 31 xal toplayıb. 

Bu, Los Angeles Lakersin cari mövsümdə ikinci overtaymı olub. Qələbə sayəsində komanda Qərb zonasında 2-ci pillədəki yerini möhkəmləndirib. New York Knicksi isə Şərq zonasına 3-cü sırada yer alır.

NBA

Orlando Magic - Chicago Bulls 123:125

Atlanta Hawks - Indiana Pacers 124:118

Boston Celtics - Philadelphia 76ers 123:105

Brooklyn Nets - Golden State Warriors 119:121

New Orleans Pelicans - Houston Rockets 97:109

Los Angeles Lakers - New York Knicks 113:109