Danimarkanın paytaxtı Kopenhagendə bir meydana “Fələstin” adı verilib.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Kopenhagen Şəhər Şurası şəhərdəki meydana “Fələstin” adının verilməsi təklifini qəbul edib.
Təklifə Şuranın 55 üzvündən 29-u “hə" deyib.
Bnunla da aprelin 1-dən etibarən şəhərin mərkəzində müəyyən edilmiş meydan “Fələstin” adlanacaq.