AZ

Orban Macarıstanda Ukrayna ilə bağlı referendum keçirəcək

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, ölkəsinin vətəndaşları Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olub-olmaması ilə bağlı söz sahibi olacaqlar...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti yazır.

Orban bəyan edib ki, hökuməti Kiyevin Aİ-yə üzvlüyü ilə bağlı macarlar arasında onların mövqeyi ilə bağlı referendum keçirəcək.

"Bizim xalqın fikirlərini öyrənmək üçün mütəmadi olaraq istifadə etdiyimiz milli məsləhətləşmə sxemi var, ona görə də indi eyni sxemdən istifadə edəcəyik", deyə Orban bildirib.

Bu, Macarıstan vətəndaşlarından suallara tez-tez bəli və ya yox formatında cavab vermələrinin istəndiyi məktub yazma kampaniyasını əhatə edir. Eyni prinsip Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı səsverməyə də şamil olunacaq.

Bir gün əvvəl Macarıstan Avropa İttifaqlnın fövqəladə sammitinin Ukrayna münaqişəsi ilə bağlı yekun bəyanatını dəstəkləməyən yeganə ölkə olub. Bununla bağlı baş nazir Viktor Obran bəyan edib ki, təcrid olunmuş Macarıstan deyil, ABŞ, Çin və Rusiyadan uzaqlaşan Avropa İttifaqıdır.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr