AZ

Bu ölkədə şiddətli döyüşlər BAŞLADI: 2 şəhər tutuldu

Suriyanın devrilmiş lideri Bəşər Əsədə sadiq olan silahlı şəxslər sahilyanı Latakiya əyalətində pusquda ən azı 15 təhlükəsizlik əməkdaşını öldürüblər.

News24.az-ın xəbərinə görə, hücumlar cümə axşamı Əl-Əsəd ailəsinin mənsub olduğu ələvi azlıq təriqətinin mərkəzini təşkil edən sahilyanı ərazinin bir hissəsi olan Latakiya çölündə Cəblə şəhəri yaxınlığında baş verib.

Suriya təhlükəsizlik mənbəsi Əl-Cəzirə ərəb şəbəkəsinə bildirib ki, “müxtəlif silahlı pusqularda” 15 təhlükəsizlik əməkdaşı həlak olub.

“Suriya dövləti qanundan kənar bütün qruplara öz səlahiyyətlərini tətbiq edəcək və təhlükəsizliyin təhdid edilməsinə imkan verməyəcək”, - mənbə bildirib. Bundan başqa, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub.

Aynurə



Seçilən
79
1
news24.az

2Mənbələr