AZ

"Mançester Yunayted" bu mövsüm Avropada uduzmur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Mançester Yunayted" Avropa Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində "Real Sosyedad"la heç-heçə edib - 1:1.
Oxu.Az xəbər verir ki, bu, "qırmızı şeytanlar"ın cari mövsüm Avropa Liqasında 9-cu görüşü olub.
Komanda bu matçların heç birində uduzmayıb. "Mançester Yunayted" 2024/25 mövsümündə Avroliqada yenilməyən yeganə komandadır. Çempionlar Liqasında da belə göstəriciyə malik olan - cari mövsümdə heç bir matçında uduzmayan klub yoxdur. "Mançester Yunayted" bu 9 oyunun 5-də qalib gəlib, 4-də isə heç-heçə edib.
"Mançester Yunayted"in "Real Sosyedad"la cavab oyunu martın 13-də keçiriləcək. Görüş İngiltərədəki "Old Trafford" stadionunda oynanılacaq.
Seçilən
17
26
oxu.az

10Mənbələr