AZ

Dövlət qurumunun 226 min manatlıq tenderi ləğv edildi - DETALLAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasının 2025-ci il üçün tədbirlərin təşkili xidmətinin satın alınması məqsədilə elan etdiyi tenderi ləğv edilib.

AMB əmlaklarına qiymət qoyacaq şirkət axtarır - TENDER ELANI

FED.az xəbər verir ki, tenderin ləğv edilmə səbəbi müsabiqədə iştirak üçün tender təklifi təqdim etmiş iddiaçıların sayının üçdən az olması ilə izah edilib. Satınalma prosedurlarına əsasən, tenderin davam etdirilməsi üçün ən azı üç iddiaçının iştirakı tələb olunur.

Satınalma müsabiqəsinə dair məlumatlara görə, tenderin ehtimal olunan qiyməti 226 609,56 AZN təşkil edirdi. Müsabiqənin elan olunma tarixi 8 fevral 2025-ci il, saat 17:55, təkliflərin təqdim edilməsi üçün son tarix isə 3 mart 2025-ci il, saat 10:15 idi. Elə həmin gün və saatda təkliflərin zərflərinin açılması planlaşdırılırdı.

Dövlət Satınalmaları haqqında qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak edən iddiaçıların sayının üçdən az olması tenderin ləğvi üçün hüquqi əsas yaradır. Rəsmi açıqlamada tenderin yetərsay olmadığına görə ləğv edildiyi bildirilib.

 

Seçilən
14
fed.az

1Mənbələr